Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maskadan istifadə edən vətəndaşların sayı artıb

01.06.2020 [13:56]

Karantin rejiminin yumşaldılması ilə ölkəmizdə koronavirusa yoluxma halları kəskin olaraq artıb. Dünənin statistikasına görə, koronavirus infeksiyasına daha 248 yoluxma faktı qeydə alınıb. Bu da karantin rejimi qaydalarının yumşaldılaması ilə insanlar arasında təmasın çoxalması ilə əlaqələndirilir. Buna görə, Nazirlər Kabineti müəyyən olunmuş yerlərdə maskalardan məcburi istifadə ilə bağlı qərar qəbul edib. Qaydaların pozulmasına görə, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Müşahidələrimizə əsasən, qərardan sonra maskadan istifadə edən insanların sayı artıb. Polis əməkdaşları maska taxmayan vətəndaşlara yaxınlaşaraq maskalardan istifadə etməyi tövsiyyə edirlər.