DÜNYA


ABŞ-da etiraz aksiyasında "TRT World" kanalının jurnalistləri yaralandı

ABŞ-da etiraz aksiyasından canlı yaylım zamanı reportaj hazırlayan "TRT World" kanalının jurnalisti yaralanıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadən bildirir ki, ABŞ-da Corc Floydun öldürülməsi ilə başlayan etirazların səkkizinci günü "TRT World" kanalının jurnalistləri hadisə yerlərindən canlı reportajlar hazırlamaq üçün Vaşinqton və Minneapolis əyalətlərinə gəliblər.
Kanalın Vaşinqton müxbiri Sally Ayhan, canlı yayım zamanı sinəsindən və ayağından yaralanıb. Kanalın Minneapolisdəki digər müxbiri Lionel Donovan və operatoru Barbaros Sayilgan da hücuma məruz qalıblar. Müxbir Lionel Donovan qarın nayihəsindən güllə yarası alıb.