CƏMİYYƏT


“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur

Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun uzunluğu 23,5 kilometr olan hissəsinin 4 zolağa genişləndirilməsi işlərinə cari ilin əvvəlindən başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır