Bakıda hərəkət qadağasının ikinci günü
07.06.2020 [12:57]
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda tam hərəkət qadağası tətbiq edilib. İyunun 6-dan 8-dək insanlara küçəyə çıxmaq qadağan edilib, nəqliyyat və mağazaların fəaliyyəti dayandırılıb. Bu tədbirlər Azərbaycanda koronavirusa yoluxma sürətinin səngiməsi məqsədilə atılır.