CƏMİYYƏT


Polis ictimai nəqliyyatda vətəndaşlara maska paylayıb

Yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edib. Nazirlər Kabineti yanında Operativ Qərargah vətəndaşlara müəyyən olunmuş yerlərdə maska taxmağı tövsiyə edir. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ictimai nəqliyyatda maska taxmayan vətəndaşlarla bağlı reyd keçirib. Reyd zamanı “28 May” metrostansiyasının ətrafındakı avtobuslarda sərnişinlərin, eləcə də sürücülərin maskalardan istifadə edib-etmədiyi yoxlanılıb, onlara ictimai nəqliyyatda maskalardan istifadənin qanunla tənzimləndiyi bildirilib.