DÜNYA


Pekin ilə Uxan arasında təyyarə reysləri bərpa olunub

Paytaxt Pekin ilə Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri arasında müntəzəm sərnişin təyyarəsi uçuşları bərpa olunub.
AZƏRTAC xəbər verir ki, Çin Mülki Aviasiya Administrasiyası iyunun 9-dan 27-dək olan müddətdə ölkənin 3 ən iri aviasiya şirkətindən olan "China Southern"in Pekindəki Dasin beynəlxalq hava limanından Uxana və əks istiqamətdə gündə bir uçuş həyata keçirəcəyini açıqlayıb. Növbəti mərhələdə epidemioloji vəziyyətdən və sərnişin sayından asılı olaraq uçuşların sayının çoxaldılması mümkün olacaq.