CƏMİYYƏT


Vaksinlərdə çip olduğu iddia edilən video feykdir

Son vaxtlar koronavirus pandemiyası fonunda sosial şəbəkələr və mesencerlərdə yalan məlumatlar yayılır. Azərbaycanda da Whatsapp mesenceri vasitəsilə belə məlumatlar insanlar arasında dövr edir. Konspiroloqlar COVİD-19 xəstəliyi yaranandan indiyədək belə bir virusun olmadığını və insanlara vaksn adı ilə çip yeridiləcəyini iddia edirlər. Amma bunun üçün heç bir fakt təqdim olunmur.

Yayılan bu videoda naməlum şəxs rus dilində COVİD-19 xəstəliyinə qarşı guya vaksinin içində çip olduğunu iddia edir. O, şprisi açaraq orada çipi göstərir. Həmin şəxs inandırmağa çalışır ki, bu, hamını öldürmək üçün qlobal plandır.  Lakin elə iynə üzərində yazılanları oxumaq kifayətdir ki, bunun feyk olduğunu görəsən. Yazılarda Animal İD yazılıb ki, bu da identifikasiya məqsədilə həmin çiplərin istənilən heyvana vurmaq üçündür. Belə iynələr açıq satışda da var. İstənilən şəxs onu Aliexpress və ya digər onlayn satış platformalarından sifariş verə bilər. Konspiroloqlar insanların virusa inanması üçün əllərindən gələni edirlər. Belə videolar isə insanları daha da çaşdırır.

Bu videoda həmin iynənin itə vurulması əks olunub. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır