DÜNYA


Böyük Britaniyada əməliyyat olunan siam əkizləri Türkiyəyə gətiriliblər

Türkiyənin Antalya şəhərində doğulan, Böyük Britaniyada əməliyyat olunaraq bir-birindən ayrılan siam əkizləri Dərman və Yiğit vətənə gətiriliblər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə buna bənzər əməliyyatların keçirildiyi Böyük Britaniyanın “Great Ormond Street” Xəstəxanasında uzun zaman hazırlıq prosesindən sonra yanvarın 28-də uğurlu əməliyyat olunan əkizlər bu gün xüsusi ambulans-təyyarə vasitəsilə Türkiyəyə gətiriliblər. Əkizlər ikisi türk olmaqla 42 həkimin iştirakı ilə üç böyük əməliyyat keçirərək bir birindən ayrılıblar.