DÜNYA


Türkiyədə beynəlxalq aviareyslər bərpa olunub

Türkiyədə pandemiya ilə bağlı müvəqqəti dayandırılan beynəlxalq aviareyslər mayın 11-dən etibarən bərpa olunub.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə səfərlər İstanbulun yeni və Sabiha Gökcən hava limanlarından Böyük Britaniya, Hollandiya və Almaniyaya keçirilir.
Hazırda hava limanlarına yalnız bileti olan sərnişinlərin girməsinə icazə verilir. Postpandemiya dövründə aeroportlar yeni, sosial məsafə kimi qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
"Türk Hava Yolları"nın (THY) İstanbuldan ilk beynəlxalq aviareysi isə bu gün saat 08.20-də Almaniyanın Düselfdorf şəhərinə olub.