Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Hisslərimə güvənərək onları kətan üzərinə köçürürəm” – sürrealist rəssam

11.06.2020 [11:50]

Xəbərin mətni

Saatlıdan olan xanım rəssam Sürəyya Zeynalova 200-ə yaxın sənət əsərinin müəllifidir. O, əl işlərinin çoxunu sürrealizm üslubunda ərsəyə gətirib. Sürrealizm XX əsr mədəniyyətində avanqard cərəyandır və Avropada yaranıb.
AZƏRTAC xəbər verir ki, Sürəyya Zeynalova əsərlərində insan hisslərini ifadə etməyə çalışdığını söyləyir. Deyir ki, sürrealizm üslubunda işlədiyi əsərlərin mövzuları xəyal gücünün və daxili dünyasının məhsuludur.