MƏDƏNİYYƏT


Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan barədə xüsusi veriliş yayımlanıb

Azərbaycan və dünya ölkələri haqqında “YouTube” üzərindən məlumatlar yayan kanalda bu dəfə ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, turizm imkanları, görməli yerləri barədə ətraflı danışılıb. Verilişin aparıcıları Kazuyası İşida və Yasuhiro İşibaşi “Azərbaycana səfər edək! Bakını tanıyaq!” adlanan və birbaşa yayımla efirə çıxan verilişdə “Google Street View” vasitəsilə yapon tamaşaçılara ölkəmizin tarixi, mədəniyyəti, müstəqilliyin bərpasından sonra ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən sosial-iqtisadi uğurlar barədə ətraflı məlumat veriblər. Azərbaycanın enerji siyasətindən, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs ediblər.