MƏDƏNİYYƏT


Salyanda 36 illik nadir açar-abidə REPORTAJ

Salyanın Yusif Qasımov küçəsində uzun illərdir beton dirəklər arasında asılı qalan açarı görməyən az adam olar. Ölkəmizin cənub qapısının girişini simvolizə edən bu açarın maraqlı tarixçəsi var.
Vaxtilə Salyan şəhərinin memarı olan Heydər Əsədzadə AZƏRTAC-a bildirib ki, rayonda vağzal binasının tikintisinə 1964-cü ildə başlanılıb. 1969-cu ildə inşası yekunlaşan bina o dövrün nəhəng tikililərindən sayılırdı. 1980-ci illərin əvvəllərində isə həmin vağzal binasının yaxınlığında saat qülləsi ucaldıldı. Qüllədə saatdan başqa, havanın temperaturunu göstərən lövhələr də quraşdırıldı. Daha sonra bu unikal abidə - açar qüllənin tam ortasından asıldı. Bu açar nə az-nə çox, düz 36 ildir Salyanın tarixinə şahidlik edir. Açar bir növ cənub qapısı olan Salyanın rəmzi kimi qələmə verilir.