“Qarabağ üçün oxu 3” təqdim olundu
12.06.2020 [14:36]
"Qarabağ üçün oxu" layihəsinin bu sayı "Azərbaycan Respublikası Mənəvi Dəyərlərin Təbliği fondu" və "Kontakt Home" mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilib. Xatırladaq ki, "Qarabağ üçün oxu" - məşhur qlobal layihənin ("Playing for Change", "Doğa için çal" ) Azərbaycan versiyasıdır. Layihənin komandası "Səslərimizi Qarabağ üçün birləşdirək" devizi altında çalışırlar. Düşüncəmiz budur ki, Qarabağı hər an xatırlatmaq üçün hər kəs əlindən gələni etməlidir.