Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sərt karantin günlərindən əvvəl çörəyə tələbat necə qarşılanır?

13.06.2020 [14:53]

Ötən həftəsonu hərəkət qadağasından əvvəlki gün marketlərdən ən çox alınan məhz çörək oldu. Bu gün də insanların önümüzdəki iki gün üçün hərəkət qadağası ilə bağlı alış-veriş təlaşını hiss etmək olar. Bəs görəsən bu dəfə “çörək qıtlığı”nın yaşanmaması üçün hansı tədbirlər görülüb?
Bakıdakı marketlərdən birinin filial müdiri Elvin Ağayev bildirib ki, çörəyin təxmini 3 misli qədər ehtiyatımız görülüb. Həmçinin çörək firmaları da əhalinin çörək tələbatını qarşılamaq üçün çörək ehtiyatlarını görüblər.