DÜNYA
Çində yanacaq avtomobilinin partlaması nəticəsində ölənlərin sayı 19-a çatıb
14.06.2020 [11:49]
Çinin Cıcian vilayətində sıxılmış təbii qaz daşıyan avtomobilin alovlanaraq partlaması nəticəsində ölənlərin sayı 19 nəfərə, xəsarət alanların sayı isə 172-yə yüksəlib.
AZƏRTAC xəbər verir ki, hadisə yerinə təcili yardım briqadaları, 450 yanğınsöndürən cəlb olunub. Qeyd edək ki, hadisə dünən Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Qəza yerinə 450-dən çox yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
02.06.2023 [18:57]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]