CƏMİYYƏT


Yüngül xəstələrin deksametazon qəbul etməsi təhlükəlidir

Deksametazon yalnız ağır xəstələrlə bağlı istifadə edilir. Yüngül xəstələr üçün bu dərmanı qəbul etmək təhlükəlidir.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov deyib.