CƏMİYYƏT


Sərt karantin rejimi tətbiq olunan yerlərdə çimərliyə getmək qadağan ediləcək

Sərt karantin rejimi tətbiq olunan ərazilərdə çimərliyə getmək qadağan ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Qeyd edək ki, ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.