CƏMİYYƏT
Yaqut Qarayeva: Həftəsonu qısamüddətli qapanmalarda istədiyimiz nəticə olmadı
20.06.2020 [11:08]
Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.