CƏMİYYƏT


TƏBİB: Bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq

Mən sizdən, bizi qorumaq və ya bizim üçün nəsə etməyi xahiş etimirəm, özünüz üçün xahiş edirəm. Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O, bildirib ki, önümüzdəki aylarda bizim maskasız həyatımız olmayacaq. Sərt karantin qaydalarından yumşaldılmaya gedən Avropa ölkələri də bu yolldan istifadə edirlər. Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik.