Azərbaycan Dövlət İnformasiya Agentliyi

ASAN Xidmət: Yaxın qohumun dəfnində iştirak üçün SMS icazədən istifadə nəzərdə tutulmur

20.06.2020 [11:50]

Yaxın qohumun dəfnində iştirakla ilə bağlı keçən dəfə SMS icazə üçün kod vardısa, bu dəfə həmin kod yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.