CƏMİYYƏT


TƏBİB: Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə daxili olanlardır

Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə daxili baş verən yoluxmalardır.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara getdilər. Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirilməlidir.