CƏMİYYƏT


Yaqut Qarayeva: Rayonlarımızın birində koronavirus xəstəsinə baş çəkdikləri üçün yoluxanlar da olub

Evdə 39-40 dərəcə temperaturu olan şəxslər koronavirus ayıb bir şeymiş kimi bunu gizlədirlər. Bu, utanılası bir şey deyil, hamı yoluxa bilər.
Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə daxili baş verən yoluxmalardır.
AZƏRTAC xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
TƏBİB-in şöbə müdiri qeyd edib ki, hazırda müalicə olunmuş insanlara 21 gün işə çıxmamaq tövsiyə olunur: “Xalqımızın xəstələrə evdə baş çəkmək kimi ənənəsi var. Bu gözəl ənənəyə bir müddət son qoymaq lazımdır. Rayonlarımızın birində koronavirusa yoluxan xəstəyə yaxınları baş çəkdiyi üçün yoluxanlar da olub”.