SİYASƏT


Ali Hərbi Məktəbində növbəti buraxılış mərasimi keçirilib

İyunun 20-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2020-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib, məktəbin döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.