DÜNYA


“BeiDou” naviqasiya sisteminin sonuncu peyki orbitə çıxarılıb

Çinin “BeiDou” naviqasiya sisteminə aid sonuncu peyk orbitə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, peyki orbitə aparan “Long March-3B” raketdaşıyıcısının buraxılışı Siçanq peyk buraxılış məntəqəsindən yerli vaxtla saat 9:43-də baş tutub.
“BeiDou” nəslindən 55-ci, “BeiDou-3” naviqasiya sisteminin isə 30-cu peykinin orbitə çıxarılması iyunun 16-na planlaşdırılsa da, yoxlama zamanı raketdaşıyıcıda texniki problemin aşkarlanması səbəbindən buraxılış təxirə salınmışdı. “BeiDou” nəslindən ən ağır peyki orbitə aparan raketin buraxılışı Çinin Mərkəzi Televiziyası ilə canlı yayımlanıb. Artıq planlaşdırılan orbitə çatan peyk bir neçə sınaqdan sonra sistemə qoşulacaq.