Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda hərbi qulluqçulara xidməti mənzillər təqdim edilib

23.06.2020 [18:35]

Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Sədərək rayonundakı 7 mərtəbəli yeni binada hərbçi ailələrinə xidməti mənzillərin təqdim edilməsi növbəti qayğının ifadəsi və xalq-ordu birliyinin təcəssümüdür. “NEQSOL Holdinq” şirkətlər qrupu tərəfindən alınaraq hərbçi ailələrinə hədiyyə edilən mənzillər lazımi məişət şəraitinə malikdir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI