MƏDƏNİYYƏT


Kənd sakininin yaratdığı muzeydə bir-birindən maraqlı nadir eksponatlar yer alır

Tovuz sakininin yaratdığı tarix muzeyi görənlərin diqqətini cəlb edir. Bu muzeydə bölgənin qədim tarixinə, orta əsrlərə və sovet dövrünə aid 2 mindən çox eksponat yer alıb.
AZƏRTAC xəbər verir ki, Tovuzun Əyyublu kənd sakini Mübariz Mehralıyevin 20 ilə yaxındır topladığı eksponatlar görənləri heyran edir. Tarixsevər kənd sakinin şəxsi muzeyində Alban dövlətinə məxsus daş üzərində yazı, qədim türk tayfalarına aid silahlar, xəncər və ox başlıqları, müxtəlif dövlətlərə və dövrlərə məxsus kağız və metal pul sikkələri, burada yaşayan qədim əhalinin əkinçilik alətləri, saxsı qablar, küplər, müxtəlif dövrləri və mövzuları əhatə edən kitablar və digər qiymətli əşyalar yer alır.