CƏMİYYƏT


Qulam İshaqzai: Virusa qalib gəlməsək, iqtisadiyyat da bərpa olunmayacaq

Həm Azərbaycanda, həm də bütün dünyada bu təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər də olub. Amma bunu bilməliyik ki, əgər virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat da bərpa olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.