İstanbulda yaşayış binasında partlayış olub
27.06.2020 [12:00]
İstanbulun Bahçelievler rayonunda yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərib.