DÜNYA


Türkiyə istehsalı olan elektrik qatarlarının sınaqlarına başlanılıb

Türkiyə istehsalı olan elektrikli qatarların zavod sınaqlarına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Türkiyə istehsalı olan elektrikli qatarların bu ilin sonunadək istifadəyə verilməsinin planlaşdırıldığını deyib. Nazir saatda 160 kilometr sürətlə hərəkət edəcək bu qatarların hər birinin beş vaqon olmaqla 324 sərnişin üçün nəzərdə tutulduğunu deyib.