DÜNYA


Çində qum fırtınası

Çinin Sincan-Uyğur Muxtar Rayonunun Hotan şəhərində güclü qum fırtınası baş verib. Qısa zamanda aydın hava qaranlığa çevrilib. Bir neçə saat davam edən qum fırtınası zamanı gözlə görmə məsafəsi 50 metrdən də aşağıya düşüb. Avtomobillər hərəkət etmək üçün toz dumanının çəkilməsini gözləyiblər.