CƏMİYYƏT


TƏBİB: Karantin rejimi öz nəticəsini verir

Karantin rejimi öz nəticəsini verir, yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib. Bugünkü gündə tibb müəssisəsindən kənarda heç kimi müalicə etmirik.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.