SİYASƏT


Azərbaycanın COVID-19-la mübarizəyə verdiyi töhfələr Ankarada keçirilən konfransda yüksək dəyərləndirilib

Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankarada fəaliyyət göstərən Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə “Pandemiyadan sonra beynəlxalq sistem” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransın rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və Strateji Düşüncə İnstitutunun başqanı Muhammet Savaş Kafkasyalı çıxış ediblər.