CƏMİYYƏT


Şəhərdə maska və sosial məsafə rejiminə necə əməl olunur REPORTAJ

İyunun 21-dən bəzi şəhər və rayonlarda tətbiq olunan sərt karantin rejiminin artıq ikinci həftəsindəyik. Amma hələ də ölkədə koronavirusa yoluxma halları artan sürətlə davam edir. Mütəxəsisslər bunun əsas səbəblərini vətəndaşların ictimai yerlərdə maska taxmaması və məsafə saxlamaması ilə əlaqələndirirlər. Market, aptek və ya digər qapalı məkanlarda maska taxmaq məcburidir. Maskalardan istifadə edilməməsinə görə cərimələr 50 manatdan 100 manata qədər artırılsa da bəzi vətəndaşlar buna dırnaqarası yanaşır. Tibbi maskalardan istifadə edilməməsinə görə təyin olunan cərimələrin məqsədi də insanları daha çox maska taxmağa təşviq etməkdir.