CƏMİYYƏT


Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib

Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonun Sor-Sor kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə iyulun 2-də səhər saat 8 radələrində baş verib. Belə ki, Kürdəmir rayon sakini 28 yaşlı Şamilov Qismət Sarıbala oğlu VAZ 21012 markalı avtomaşınla rayon istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən 23 yaşlı rayon sakini Səlimov Niyaməddin Şahid oğlunun idarə etdiyi qoşqulu traktorla toqquşub və hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə VAZ-ın sürücüsü və avtomobildə olan sərnişin 25 yaşlı Şamilov Kahin Zəhram oğlu müxtəlif növ bədən xəsarəti alaraq təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır