Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yararsız metallardan hazırlanan qeyri-adi əl işləri

03.07.2020 [11:50]

Xəbərin mətni

Yararsız avtomobil şinləri və istifadə olunmuş şirə qablarından hazırladığı qeyri-adi fiqurlar və bəzək əşyaları ilə tanınan Siyəzən şəhər sakini Cavid Yəhyayevin yeni əl işləri görənlərin marağına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyirmi ildən artıqdır neftçıxarma sahəsində mühəndis işləyən Cavid Yəhyayev bu dəfə yararsız metal əşyalardan, avtomobillərin ehtiyat hissələrindən istifadə etməklə maraqlı əl işləri hazırlayıb.