CƏMİYYƏT


Paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılır

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı da daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən səhər saatlarından paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı ilə xüsusi kimyəvi maddələrlə növbəti - yeddinci əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.