CƏMİYYƏT


Qusarlı fermer meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir

Qusarlı fermer Zöhrab Cahangirov meyvə bağının suvarılmasında alternativ enerjidən istifadə edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermer bağda quraşdırılan Günəş panelləri sayəsində suvarmada istifadə etdiyi elektrik enerjisini ödənişsiz əldə edir.
İxtisasca mühəndis olan Z.Cahangirov bağın suvarılmasında dörd Günəş panelindən istifadə edir. Kiçik su hovuzunun üzərində yerləşdirilən panellər vasitəsilə gün ərzində toplanan enerji bir hektar bağın suvarılması üçün tam kifayət edir.