SİYASƏT


Türkiyə koronavirusla mübarizədə Azərbaycana dəstək məqsədilə humanitar yardım göndərib

İyulun 5-də qardaş ölkə Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir.