MƏDƏNİYYƏT


TÜRKSOY Elbası Nursultan Nazarbayevin yubileyini musiqili proqramla təbrik edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illik yubileyini musiqili proqramla təbrik edib.
AZƏRTAC xəbər verir ki, layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.
Təbrik proqramına TÜRKSOY Xalq Çalğı alətləri Orkestri ilə bərabər Qazaxıstanın “Korkıt” və “Sazgən sazı” folklor musiqi qrupları da qatılıblar.