CƏMİYYƏT


Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri yaxalanıblar

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə bir neçə kafe sahibinin dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq, müştərilərinin sosial məsafə saxlamadan stolüstü oyunlar təşkil edərək karantin rejiminin qaydalarını kobud şəkildə pozduqları aşkarlanıb. Həmin obyektlərin sahibləri, Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq rayon polis şöbəsinə gətirilib, barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs olunub.