CƏMİYYƏT


Ticarət obyektləri ilə bağlı maarifləndirici videoçarx

İqtisadiyyat Nazirliyi ticarət obyektləri ilə bağlı maarifləndirici videoçarx hazırlayıb. Videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasının vacibliyinə, həm də infeksiyasının yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəldilib. Bu tələblər isə ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır