CƏMİYYƏT


Polis bir neçə marketdə reyd keçirdi

Yoluxmaların qarşısının alınması məqsədilə polis nəzarəti davam etdirir. Bu gün Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mərkəzdə yerləşən bir neçə marketdə reyd keçirilib. Müşahidələrimizə əsasən, vətəndaşların əksəriyyəti marketə daxil olarkən tibbi maska taxır. Amma vətəndaşların heç də hamısı maska rejiminə və sosial məsafəyə diqqət yetirmirlər. Market nümayəndələri deyir ki, market daxilində sosial izolyasiya qaydalarına əməl olunur. Maska taxmayan vətəndaşlar marketə buraxılmır, sosial məsafənin gözlənilməsi ilə bağlı anonslar verilir.

Ramil Səbzəliyev, market nümayəndəsi

“Mağaza daxilinə gələn bütün müştərilərin əlləri spirtlənir. Hər birindən maska tələb olunur və xahiş olunur. Temperaturları ölçülür, əgər yüksək olarsa, xahiş olunur mağazaya daxil olmasınlar. Bu günə qədər temperaturunda problem olan vətəndaşların mağazaya daxil olması halı aşkarlanmayıb. Mağazamıza maksimum 50-ə yaxın müştəri qəbul oluna bilir, biz də nəzarət edirik ki, bu rəqəm 40-dan az olur”

Reyd zamanı sosial məsafəyə diqqət etməyən, həmçinin  tibbi maskadan düzgün istifadə etməyən vətəndaşlara polis əməkdaşları tərəfindən xəbərdarlıq olunub.