DÜNYA


Türkiyədə meşə yanğını 450 hektardan çox ərazini əhatə edib

Türkiyənin şimal-qərbindəki Gelibolu yarımadasında meşə yanğını baş verib.
Yanğın 450 hektardan çox ərazini əhatə edib.
Hadisə ilə əlaqədar yaxınlıqdakı kəndlərin sakinləri təxliyə edilib, Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanıb.
Yanğının qarşısı bir müddət sonra alınıb. Prosesə iki təyyarə, 20 helikopter, dronlar və 500-dək yanğınsöndürən cəlb olunub.