CƏMİYYƏT


Kür çayında batan 15 yaşlı yeniyetmənin cəsədi tapılıb

Kür çayının Kürdəmir rayonu ərazisindən keçən hissəsində faciə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, faciə iyulun 7-də saat 14:30 radələrində rayonun Mollakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2005-ci il təvəllüdlü Baxşıyev Salam İbrahimxəlil oğlu həmkəndlisi ilə Kürdə çimərkən batıb.
Hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları və FHN-nin Aran Regional Sularda Xilasetmə Dəstəsinin əməkdaşları cəlb olunub. Axşam saat 19:20 radələrində batan yeniyetmənin cəsədi tapılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır