CƏMİYYƏT


Sahibinə gəlir gətirən cins toyuqlar – qazaxlı fermerin təsərrüfatından REPORTAJ

Qazax rayonunun Ağköynək kəndində yaşayan gənc fermer Sərxan Eminov bahalı ev quşları ticarəti ilə məşğul olur. O, görünüşcə yerli cinslərdən təxminən 2-3 dəfə böyük olan həmin ev quşlarından ayda təxminən 1000-1500 manat gəlir əldə etdiyini söyləyir.
Fermer pandemiya dövründə, xüsusən də karantin rejiminin tətbiq edildiyi müddətdə öz təsərrüfatından maksimum faydalanmağa çalışıb. Həyətində saxladığı yerli toyuq-cücələrini bir neçə il əvvəl bahalı cins ev quşları ilə əvəz edib.