CƏMİYYƏT


Karantin günlərində Qusara icazəsiz istirahətə gələn şəxslərə qarşı reydlər keçirilib

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan olunduğu digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xüsusi karantin rejimi qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır