CƏMİYYƏT


Kürdəmirdə oğurluq olub

Kürdəmirdə oğurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qarabucaq kənd sakini Fərzəliyev Məhərrəm Səfiyar oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək çöl otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqda şübhəli bilinən Qəbələ rayonunda qeydiyyatda olan və hazırda Kürdəmir rayonun Qarabucaq kəndində yaşayan Əhmədli İlkin Vəlimət oğlu saxlanılaraq rayon polis şöbəsinə gətirilib.