Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstedadlı həmyerlimizin yeni videoklipi təqdim edilib

10.07.2020 [18:34]

Xəbərin mətni

Almaniyada yaşayan həmyerlimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın iştirakı ilə müəllif videoklipi “YouTube” kanalında təqdim edilib.
Bu barədə AZƏRTAC-a musiqiçinin özü xəbər verib. O, söhbətində bildirib ki, bu günlərdə onu “Pyer M Krauze” alman teleşousunda çıxışa dəvət ediblər. Bu teleşou populyarlığına görə Rusiya televiziyasında yayımlanan “Veçerniy Urqant”la müqayisə edilə bilər.