DÜNYA


Çində torpaq sürüşməsi nəticəsində dağıntı altında qalan 8 nəfərin cəsədi tapılıb

Çinin Hubey vilayətində mövsümi yağışların törətdiyi torpaq sürüşməsi nəticəsində dağıntı altında qalmış 8 nəfərin hamısının cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 8-də səhər erkən saatlarda vilayətin Huanmey qəzasında baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb. Doqquz nəfərin dağıntı altında qaldığı güman olunurdu. Xilasedicilər hadisədən bir neçə saat sonra 80 yaşlı qadını dağıntı altından sağ çıxara biliblər.