MƏDƏNİYYƏT


COVID-19-a həsr olunan klip

Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva və rejissor Delee-nin yeni dueti işıq üzü görüb. “İnsan oğlu” adlanan mahnının sözləri Şahrun Süleymanovaya, musiqisi Sivvaya, aranjimanı isə Rübail Əzimova aiddir. Bu mahnı pandemiya dövründə bütün bəşəriyyətə və İNSAN OĞLUNA həsr olunub. Ekran işinin rejissoru bir çox məşhurlarla çalışan Delee təxəllüslü Cavid Orucludur. Klipdə Mikelancelonun məşhur “Adəmin yaradılışı” rəsmindəki Tanrı və Adəmin bir-birinə uzanan barmaqları da bədii formada nümayiş olunub.